12:20 / 11-12-2018
Sabah hava çiskinli olacaq
İŞİD-in liderlərindən biri də öldürüldü
Tarix: 03-12-2018 09:49 | Bölmə: Xəbər lenti
İŞİD-in liderlərindən biri də öldürüldü

Suriyanın cənubunda ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının bir neçə yaraqlısını məhv edə bilib.

Reyting.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hərbçilər pilotsuz təyyarə vasitəsilə zərbə burublar.

Xəbərə görə, məhv edilən terrorçular arasında amerikalı Piter Kessiqin səs-küylü ölümündə iştirakçı olan qruplaşma liderlərindən biri də var.

Əvvəllər İraqda xidmət edən amerikalı hərbçi 2013-cü ildə mülki humanitar missiya üçün Yaxın Şərqə gəlib. O, yerli sakinlərə yardım etməyə gedəndə əsir götürülüb.

Girovluqda olan Kessiq İslamı araşdırmağa da başlamışdı. 2014-cü ildə terrorçular onun edamı ilə bağlı video paylaşıblar. 26 yaşlı amerikalının öldürülməsini sonradan ABŞ-da da təsdiqləyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər