17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İrandan narkotik gətirən qadın saxlanıldı
Tarix: 03-12-2018 16:05 | Bölmə: Xəbərlər
İrandan narkotik gətirən qadın saxlanıldı

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Reyting.az-a komitədən verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Elnarə Həsənova saxlanılıb.

Məlumatda ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi 5 ədəd bağlmada qablaşdırılan, xalis çəkisi 4,995 kq olan narkotik vasitə - tiryək aşkar edilərək götürüldüyü bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}