16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Əhəd Abıyevin avtomobili qəza törədib - Yenilənib
Tarix: 04-12-2018 10:16 | Bölmə: Xəbərlər
Əhəd Abıyevin avtomobili qəza törədib

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

Reyting.az “report"a istinadla bildirir ki, hadisə rayon mərkəzindəki Heydər Əliyev küçəsində qeydə alınıb.

Məlumata görə, içərisində Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

***

Ə. Abıyev Modern.az-a açıqlamasında bu məlumatın yalan olduğunu bildirib:

“Hazırda deputatla görüşdəyəm. Bu dəqiqə iclas gedir, camaatın qarşısında sizinlə danışıram. Onu kim yazıbsa, şou axtarır. Tamamilə yalan məlumatdır”.

Ə.Abıyev bu günlərdə hər hansı qəza olmadığını vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}