16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda bu il 3 mindən çox zəlzələ olub - Açıqlama
Tarix: 04-12-2018 14:30 | Bölmə: Xəbərlər
Azərbaycanda bu il 3 mindən çox zəlzələ olub

2018-ci il ərzində Azərbaycandakı 35 seysmotelemetrik stansiyalar vasitəsi ilə 7000-ə yaxın zəlzələ qeydə alınıb.

Reyting.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin illik hesabatında qeyd edilir.

Məlumata görə, onların 4000-ə yaxını Azərbaycan və ona bitişik ərazilər, 3000-ə yaxını isə uzaq zəlzələlərdir. Azərbaycan ərazisində 3346 zəlzələ qeydə alınıbş Onların ən güclüsü iyun ayında Zaqataladakı 5,5 ballıq zəlzələ olub. Bu zəlzələ episentrdə 6 bal, ətraf ərazilərdə 3-4 bal gücündə hiss olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}