Baş redaktoru həbs etmək istəyirlər - Səbəb
Tarix: 05-12-2018 21:30 | Bölmə: Xəbərlər
Baş redaktoru həbs etmək istəyirlər

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün yenidən müttəhim qismində keçdiyi iş üzrə Bakı Şəhər Prokurorluğuna çağırılıb. M. Hacıbəyli bildirib ki, bu gün ona qarşı yeni məzmunda ittiham irəli sürülüb. Onun sözlərinə görə, ittiham maddələri eyni qalıb. Lakin əvvəlki məzmunda qrupun tərkibində cinayətkar əməldən söz gedirdisə, hazırda bu formul götürülüb.

O, ittihamı uydurma kimi qiymətləndirərək istintaq qrupuna etiraz edib.

Reyting.az-ın məlumatına görə, istintaqın gedişini Turan-a şərh edən baş redaktor həbsini istisna etməyb. Belə ki, ölkədə düzgün və ədalətli məhkəmə yoxdur. "İttiham üçün əsas olmasa da müstəntiqlər işi məhkəməyə vermək üçün çox tələsirlər", - o qeyd edib.

Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"a dair cinayət işinin qaldırıldığını bildirmişdi. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişdi.

Öncə M. Hacıbəyli iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da müttəhim statusuna keçirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

M. Hacıbəylinin barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

Mustafa Hacıbəli Azərbaycanın görkəmli müxalifətyönlü jurnalistlərindən biridir. 20 ildən çoxdur ki, müxtəlif KİV-də çalışıb. O, Müsavat Partiyasının rəhbəri Arif Hacılının qardaşıdır.

Onu da qeyd edək ki, çərşənbə günü Müsavat Partiyasının başqanı Arif Hacılı Böyük Britaniya səfiri Kerol Krofts ilə görüşüb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, görüş zamanı partiyaya artan təzyiqlər, söz və ifadə azadlığına hücumlar, ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin partiya və Böyük Britaniya səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu həftə A. Hacılı ABŞ səfirliyinin nümayəndəsi ilə də görüşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}