16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Molla qəbiristanlıqda döyüldü - Foto
Tarix: 06-12-2018 12:17 | Bölmə: Xəbərlər
Molla qəbiristanlıqda döyüldü

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.

Reyting.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.

Eldəniz Sadıqov onu həmkəndilisi Mirəli Həsənovun döydüyünü bildirib. Onun fikrincə, döyülməsinə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılıq etdiyi video müraciət səbəb olub. Molla bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.

Molla döyülməsi ilə bağlı “112” xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. Elçin Sadıqov özü polis bölməsinə gedəndən sonra araşdırma başlayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi Elçin Sadıqovun ittihamlarını qəbul etməyib.

Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb.

Polis mollanın döyülməsində şübhəli bilinən Mirəli Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 100 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı, yaxud 1 il həbs cəzası gözləyir.

Elçin Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit qiymətləndirirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}