İran toyunda atışma: 4 nəfər ölüb
Tarix: 06-12-2018 13:12 | Bölmə: Xəbərlər
İran toyunda atışma: 4 nəfər ölüb

İranın Kermanşah əyalətində toy zamanı atışmada 4 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Reyting.az İran mediasına istinadən bildirir ki, bu haqda əyalətin hüquq-mühafizə qüvvələrinin rəhbəri Manuçöhr Amanallahi məlumat verib.

Məlumata görə, dekabrın 5-də axşan Çaman şəhərində baş verən atışmanı toya gələn qonaqlardan biri təşkil edib. O, digər qonaqlarla dava zamanı “Kalaşnikov” avtomatı ilə atəş açıb.

Atışmadan sonra 20 nəfər xəstəxanaya gətirilib, 4 nəfər orada ölüb. Atəş açandan başqa 3 nəfər saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}