Ermənistanda qar altında qalan hərbçinin meyiti tapılıb
Tarix: 06-12-2018 23:34 | Bölmə: Xəbərlər
Ermənistanda qar altında qalan hərbçinin meyiti tapılıb

Dekabrın 5-də Sisiyanda qar altında qalan hərbçinin meyiti tapılıb.

Reyting.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, bunu hərbçinin komandiri, polkovnik Qraçya Ohanyan təsdiqləyib.

Onun sözlərinə görə, bədbəxt hadisə nəticəsində ölən müqavilə ilə xidmət edən hərbçi Ayk Karamyandır.

Xəbər verildiyi kimi, Sisiyanda bir qrup hərbçi qar uçğunu altında qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}