17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakıda avtobus qəzası baş verib - Yaralılar var
Tarix: 07-12-2018 22:12 | Bölmə: Xəbərlər
Bakıda avtobus qəzası baş verib - Yaralılar var

Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10TG174 DQN-lı avtobus qəzaya uğrayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, ilkin araşdırma zamanı bəlli olub ki, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hadisə yerinə dərhal 3 təcili yardım maşını yollanıb. Qəza nəticəsində yaralanan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 6 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb.

Məlumata görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan ambulator müalicəyə buraxılıblar. Yaralılardan 67 yaşlı Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}