Dövlətin iki qurumunu yoxlayıblar
Tarix: 08-12-2018 15:51 | Bölmə: Xəbərlər
Dövlətin iki qurumunu yoxlayıblar

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

İclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan vəsaitlərdən istifadəyə dair hesabatı, Bərdə Regional Mədəniyyət İdarəsinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatı müzakirə edərək təsdiq edib. Hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}