23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Qulinin “sevgilisi” Kim Kardaşyana meydan oxuyur
Tarix: 09-12-2018 14:05 | Bölmə: Xəbərlər
Qulinin “sevgilisi” Kim Kardaşyana meydan oxuyur

Nüfuzlu “qanuni oğru” Nadir Səlifov (Quli) ilə romantik münasibətləri olduğu iddia edilən azərbaycanlı müğənni Afaq Aslan Instagramda yeni foto sessiyaları ilə diqqəti özünə yönəltməkdə davam edir.

Reyting.az xəbər verir ki, onun yeni fotosu ziyafət paltarında pilləkəndə çəkilib.

Bu fotoda diqqəti “beşinci nöqtə” cəlb edir və ona görə Afaqın bu forması erməni əsilli amerikalı ulduz Kim Kardaşyanla müqayisə edilib.

Afaq Aslan əvvəllər də dəfələrlə özünün cazibədar formasından diqqətləri özünə çəkmək üçün istifadə edib.

Qulinin “sevgilisi” Kim Kardaşyana meydan oxuyur

Çoxları hesab edir ki, bu gün ən nüfuzlu “qanuni oğru”lardan biri sayılan Quli ilə münasibəti haqqındakı şayiələr də daha çox piyar-gedişdir.

Doğrudur, yayda Afaq Aslan İstanbuldakı restoranların birində Quli ilə məclisdə həqiqətən bir yerdə görünüb. Bundan az sonra o, Instagramda “A+N” hərflərinin təsviri olan romantik açıqca yayıb ki, bu da “Afaq+Nadir” anlamına gəlib.

Müğənni dəfələrlə söyləyib ki, onun sevdiyi insan Türkiyədə yaşayır. Buna görə, çoxları həmin adamın İstanbulda hətta iqamətgahı olan Qulini nəzərdə tutub.

Bu günlərdə Türkiyədən Azərbaycana ekstradasiya olunduğu bildirilən Nadir Səlifov isə heç vaxt Afaq Aslanla münasibətləri barədəinformasiyalara şərh verməyib. Lakin “qanuni oğru” Nikolaya Dqebuadzenin (Nika Qaqrinski) İstanbuldakı toyunda Quli başqa qızla iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}