23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Heydər Əliyevin xatirəsi Qazaxıstanda anılıb - Tədbir
Tarix: 11-12-2018 13:29 | Bölmə: Xəbərlər
Heydər Əliyevin xatirəsi Qazaxıstanda anılıb

Qazaxıstanın Aktau şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Reyting.az
Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri iştirak ediblər.

Tədbirin açılışında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun başçısı Elxan Zeynalov çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında, onun müstəqil Azərbaycanın qurulması və möhkəmlənməsində gördüyü əvəzolunmaz xidmətlərindən, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkənin qazandığı nailiyyətlər haqqında danışıb.

Daha sonra Azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri, şəhər Maslixatının deputatı Şəmsəddin Hüseynov, professor Yusif Quliyev ulu öndərin həyat və fəaliyyəti, xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıblar.

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}