23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
Tarix: 11-12-2018 15:56 | Bölmə: Xəbərlər
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

Dekabrın 11-də Binəqədi rayon Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Reyting.az bildirir ki, məhkəmənin hökmü ilə Orxan Nadirova şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.

Bundan başqa, məhkəmə Orxan Nadirovun min manat cərimə olunması barədə də qərar çıxarıb.

İttiham aktlna əsasən, Orxan Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O, bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin Orxan Nadirov verdiyi vədə əməl etməyib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıblar.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də vəfat edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}