23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Vahid Ələkbərov özünə davamçı axtarır
Tarix: 11-12-2018 22:27 | Bölmə: Xəbərlər
Vahid Ələkbərov özünə davamçı axtarır

“LukOİL” şirkətinin prezidenti Vahid Ələkbərov gələcəkdə onun yerinə hər hansı qadının gəlməsini qeyri-mümkün sayır.


“Bloomberg TV” xəbər verir ki, Ələkbərovun sözlərinə görə, öz davamçıları kimi yalnız kişiləri nəzərdən keçirir, çünki bu potensiala sahib olan heç bir qadın onun nəzərində yoxdur.

Ələkbərov hesab edir ki, bunun səbəbi neft sahəsinin daha çox kişilərə uyğun olması ilə bağlıdır. “Təəssüf ki, sahəmiz ümumilikdə heç vaxt qadın mütəxəssis yetişdirməyib. Həmişə kişilər hazırlanıb”, - o deyib.

Lakin “LukOİL” şirkətinin başçısı istisna etməyib ki, gələcəkdə vəziyyət dəyişə bilər. Onun sözlərinə əsasən, şirkət universitetlərlə sıx əməkdaşlıq edir və idarəetmə strukturlarında işləmək üçün potensial namizədlər arasında dörd qadın var.

Daha öncə Ələkbərov bildirmişdi ki, təxminən beş ildən sonra şirkət rəhbərliyində dəyişikliklər baş verə bilər.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}