23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bəzi çaylarda suyun səviyyəsi artıb
Tarix: 11-12-2018 22:56 | Bölmə: Xəbərlər
Bəzi çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsində dəyişiklik qeydə alınıb.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 130-180 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, dekabrın 10-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 247 m3/s olmaqla ongünlük normanın 157 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 178 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 122 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 41 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında mövcud vəziyyətə gəlincə, dekabrın 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm artım, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, lakin Surra məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 442 sm (2017-ci il dekabrın 10-da 392 sm), Şirvanda 327 sm (2017-ci il dekabrın 10-da 253 sm), Bankədə 251 sm (2017-ci il dekabrın 10-da 198 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il dekabrın 10-da 110 sm) təşkil edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}