23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Strasburqun mərkəzində atışma olub - Ölən və yaralılar var
Tarix: 11-12-2018 23:26 | Bölmə: Xəbərlər
Strasburqun mərkəzində atışma olub

Dekabrın 11-də axşam Fransanın Strasburq şəhərində atışma olub.

Reyting.az bildirir ki, “Reuters”in məlumatına görə, insident nəticəsində bir nəfər həlak olub.

Atışma zamanı 6 nəfər yaralanıb, atəş açanın qaçdığı bildirilir.

Fransa Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, şəhərdə ictimai təhlükəsizlə bağlı olan ciddi insident baş verib. Hüquq-mühafizə orqanları yerli sakinləri evlərini tərk etməməyə çağırıb.

“France ınfo”nun informasiyasına görə, polis insanları şəhərin mərkəzindən evaukasiya edib.

Avropa Parlamentinin Latviyadan olan deputatı Miroslav Mitrofanov isə Strasburqun mərkəzinin bağlı olduğu xəbərini yayıb.

Baş verən hadisənin Yeni il yarmarkası yaxınlığında - ənənəvi olaraq hər il dünyanın hər yerindən minlərlə adamın toplaşdığı yerdə qeydə alındığı da bildirilir.

“Fiqaro” qəzetinin yaydığı məlumata görə, cinayətkar kişi olub, avtomat silahdan atəş açıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}