İmamzadədə Heydər Əliyevlə bağlı tədbir keçirilib
Tarix: 12-12-2018 17:01 | Bölmə: Xəbərlər
İmamzadədə Heydər Əliyevlə bağlı tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ilinə həsr olunmuş tədbirlər gün ərzində davam etdirilib. Bu gün həm ölkə xaricində, həm də Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində anım mərasimləri keçirilib, ümummilli liderin ruhun dualar oxunub, ehsan süfrələri açılıb.

Reyting.az
-ın əldə etdiyi məlumata görə, Gəncə şəhərində də Heydər Əliyevin anım mərasimi keçirilib, Gəncədəki İmamzadə ziyarətgah kompeksində ulu öndərin ruhuna dualar oxunub, ehsan süfrəsi təşkil edilib. Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamazdə ziyarətgahının rəhbəri Hacı Tahir Abbaszadənin təşkilatçılığı ilə baş tutan mərasimdə çoxsaylı insanın iştirak etdiyi bildirilir.

Məlumatda qeyd olunur ki, Qurani-Kərimin oxunuşundan sonra başlayan mərasimin təşkilinə xeyriyyəçi insanlar da maddi dəstək veriblər. Maddi dəstəyini əsirgəməyən şəxslərdən biri də Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}