Mövqelərimizi pulemyotlarla atəşə tutublar - 23 dəfə
Tarix: 13-12-2018 08:46 | Bölmə: Xəbərlər
Mövqelərimizi pulemyotlarla atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Reyting.az
-ın xəbərinə görə, Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə məruz qalıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}