Nazir DYP rəisini vəzifədən kənarlaşdırıb
Tarix: 16-12-2018 14:22 | Bölmə: Xəbərlər
Nazir DYP rəisini vəzifədən kənarlaşdırıb

Ağdam Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Vasif Yusif oğlu Məmmədov vəzifəsindən azad edilərək sərəncama göndərilib.

Reyting.az
"Report"a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Onun yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}