16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Polis brakonyerlərin izinə düşüb - Nazirlik
Tarix: 16-12-2018 21:39 | Bölmə: Xəbərlər
Polis brakonyerlərin izinə düşüb

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam Meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin dolaya yaxınlaşan əməkdaşları bir baş dişi maralın vurulduğunu qeydə alıblar:

"Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək, məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində təhqiqat aparılır".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}