17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
Nazir 445 nəfərlə bağlı tapşırıq verib - Səbəb
Tarix: 29-12-2018 20:27 | Bölmə: Xəbər lenti
Nazir 445 nəfərlə bağlı tapşırıq verib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Daxili İçlər Nazirliyinin (DİN) baş idarə, idarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb:

Ümumən, 630 iddiaçının arasından daha hazırlıqlı olan 445 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir əvvəlcə onları qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb.

Ramil Usubov cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini vurğulayıb.

R. Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiqini tövsiyə edib.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 15:00 Paşinyan Qarabağa gəlib

{sape_links}{sape_article}