17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
13:45 / 18-03-2019
Sağ olun, cənab Prezident!
00:22 / 18-03-2019
Ruhumuzu necə xilas etməli?
Avtobuslar üçün xüsusi zolaqlar yaradılacaq
Tarix: 04-01-2019 08:15 | Bölmə: Xəbər lenti
Avtobuslar üçün xüsusi zolaqlar yaradılacaq

Azərbaycandakı iri şəhərlərin bəzi küçə və prospektlərində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılacaq.

Bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətləri artırılacaq, avtobus dayanacaq məntəqələri ümumi nəqliyyat axınına maneə törətməməsi və sərnişin axınına uyğun olması şərtilə yerləşdiriləcək, avtobus marşrutları, xüsusən də iri şəhərlərdə müntəzəm şəhərdaxili marşrutlar sərnişin axınına və yol infrastrukturuna uyğun optimallaşdırılacaq.

Bundan başqa, avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.(Trend)
скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
11-03-2019, 15:00 Paşinyan Qarabağa gəlib

{sape_links}{sape_article}