17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ukraynada iki türkiyəli tələbənin başını kəsdilər
Tarix: 04-01-2019 17:32 | Bölmə: Xəbərlər
Ukraynada iki türkiyəli tələbənin başını kəsdilər

Ukraynanın Xarkov şəhərində yaşadıqları evdə ölü tapılan Türkiyə vətəndaşı universitet tələbəsi Buket Yıldızın atası danışıb.

Reyting.az Türkiyə mediasına istinadən xəbər verir ki, qızın atası Levent Yıldız hadisənin şokundan ayıla bilmədiyini söyləyib.

"Çox məyusuq. Hadisənin detallarına dair hər hansı bir məlumat almamışıq, ancaq bir türk vətəndaşı olan oğlanın onları narahat etdiyinə dair şayiələri eşitdik. Qızımız bu məsələ haqqında bizə heç bir şey danışmayıb. O, hər gün bizimlə əlaqə saxlayardı. Ondan xəbər almayınca oradakı yaxınlarımıza məlumat verdik və evlərinə gedəndə qapını açan olmadığını söylədilər. Sonra polisə xəbər verilib və qapını sındıraraq içəri giriblər, qızım və dostunun cənazəsi ilə qarşılaşıblar. Buket mənim yeganə qızım idim, eyni evi paylaşdığı yoldaşı da İzmirdəndir və o da ailənin tək qızıdır", - tələbənin atası vurğulayıb.

Levent Yıldız Daxili İşlər Nazirliyi rəsmiləri və Ukraynadakı konsulluq ilə əlaqə saxladıqlarını, cənazənin Türkiyəyə gətirilməsi ilə bağlı prosesi tezləşdirməyə çalışdıqlarını qeyd edib.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumata görə, Türkiyə vətəndaşları Buket Yıldız və Zeynep Hüsünbeyi adlı tələbələr əvvəlcə bıçaqlanıb, daha sonra isə başları kəsilib.

Yanvarın 3-də onlardan xəbər almayan tələbə yoldaşı polisə müraciət edib. Polis qızların kirayə yaşadığı evə gəlib və onların cəsədlərini tapıb.
İlkin məlumatlara görə, hadisəni qızlardan birinin keçmiş sevgilisi həyata keçirib. Çünki o, bir neçə dəfə ailəsinə sevgilisi tərəfindən təqibə məruz qaldığını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}