17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Aviareyslərdən biri ləğv edilib
Tarix: 05-01-2019 13:58 | Bölmə: Xəbərlər
Aviareyslərdən biri ləğv edilib

Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də “U6 2663” saylı Soçidən Bakıya olan uçuşu ləğv olunub.

Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}