16:25 / 25-04-2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:09 / 25-04-2024
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
16:05 / 25-04-2024
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
15:50 / 25-04-2024
İspaniya və daha 4 ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
15:32 / 25-04-2024
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
15:32 / 25-04-2024
Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"
15:08 / 25-04-2024
"Azərbaycanda respondentlərin 74,9%-i "TikTok"a məhdudiyyətlərin tətbiq edilməsini istəyir"
15:08 / 25-04-2024
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib (Yenilənib) - Fotolar
14:43 / 25-04-2024
Malıbəylidə kütləvi məzarlıq aşkarlanıb - Fotolar
14:35 / 25-04-2024
Rasim Balayev: "Onlara baş qoşası deyiləm"
14:29 / 25-04-2024
Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
14:16 / 25-04-2024
İsrail daha 12 fələstinlini həbs edib
14:06 / 25-04-2024
Qəzzada ölənlərin sayı artıb
13:59 / 25-04-2024
Rusiya XİN: "Sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"
13:47 / 25-04-2024
"Yüksəliş" müsabiqəsi: "Ümumi biliklər imtahanı"nın nəticələri açıqlanıb
13:03 / 25-04-2024
Baş Prokuroluq mediaya çağırış edib
12:59 / 25-04-2024
Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək
12:40 / 25-04-2024
Nüşabə Sadıxlı: "İsa Qəmbər hələ qərarını açıqlamayıb"
12:39 / 25-04-2024
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
12:25 / 25-04-2024
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
12:10 / 25-04-2024
Sabahın hava proqnozu açıqlanıb
12:09 / 25-04-2024
Səudiyyə Ərəbistanının kralı xəstəxanadan evə buraxılılb
11:59 / 25-04-2024
Naxçıvan Baş naziri vəzifəsindən azad olunub - Təyinat
11:03 / 25-04-2024
İordan çayının qərb sahilində gərginlik böyüyür
10:56 / 25-04-2024
Daha bir direktor vəzifədən azad edilib
10:48 / 25-04-2024
Fatih Terimin komandası darmadağınla uduzub
10:32 / 25-04-2024
Komanda-qərargah təlimləri keçirilib - Video
10:27 / 25-04-2024
Aprelin 28-də 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:21 / 25-04-2024
Mayın 1-dən balıq ovu qadağan olunacaq
09:52 / 25-04-2024
Xankəndidə yenə silah-sursat tapılıb
19:13 / 20-04-2024
Bakıda taxta bazarında yanğın olub - Fotolar (Yenilənib)
22:20 / 20-04-2024
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
18:56 / 22-04-2024
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - (Yenilənib) - Fotolar
00:11 / 23-04-2024
Sağlam və uzun ömür yaşamağın 10 asan yolu var - Siyahı
18:01 / 21-04-2024
Dünyanın idman paytaxtı olması üçün Bakının namizədliyi irəli sürülüb
13:54 / 22-04-2024
Füzuli şəhərinə növbəti köç olub - (Yenilənib)
09:53 / 22-04-2024
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
16:10 / 22-04-2024
Ölkələr sürətlə silahlanır - Ümumi hərbi xərclər 2,4 trilyon dolları keçib
14:10 / 23-04-2024
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - (Yenilənib)
16:58 / 23-04-2024
İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumda iştirak edir - (Yenilənib)
14:03 / 24-04-2024
Professor Nəsib Quliyev özünü güllələyib
00:02 / 23-04-2024
Məşhur boksçu Mayk Tayson şirkətin səfiri olub
Şair-dramaturq Ramiq Muxtar yazır: XVI yuxu
Tarix: 06-01-2019 09:14 | Bölmə: Xəbərlər
Ramiq MUXTAR
Şair-dramaturq,
Prezident təqaüdçüsü
XVI yuxu
Atam Muxtar kişi bu gün yuxuma birinci həyat yoldaşımın atası İbrahim müəllimlə gəlmişdi. O, İbrahim müəllim ki, vaxtilə onun qızını istəyəndə məni çox get-gələ salmışdı. Lakin, o, bu dəfə məni görcək boynuma sarıldı və dedi:
- Ramiq, vaxtilə mən sənə çox əziyyət vermişəm, elçilik məsələsində. İndi atanla gəldim, sənə deyim ki, mən də, rəhmətlik qızım Bəhicə həkim də səninlə qohumluqdan çox razı qaldıq.
1967-cıi ildə Ordubad teatrında mən, şair Hüseyn Əzimin “Əkbər kimdir” piyesini hazırlayırdım. O, Hüseyn Əzim ki, onun məşhur “Naxçıvan” mahnısı bu gün bütün bölgələrdəki toy mərasimlərində çalınır və sevilir. Bu mahnı 1940-cı illərin axırlarında bəstəkar Məmməd Cavadov tərəfindən yazılımışdır. Məmməd Cavadov əslən Füzuli rayonundan idi. O, Üzeyir Hacıbəylinin tələbəsi kimi bəstəkarlıq fakültəsini bitirmişdir.
Nə isə, mən Ordubadda olan zaman atam Muxtar kişi mənə zəng edib dedi ki, xalan Mənsurə müəllimənin səninlə vacib işi var, bir günlüyə Naxçıvana qayıt. Mən səhəri gün Naxçıvana - xalamgilə gəldim. Xalamın və onun həyat yoldaşı Qasım Rəcəblinin sanki gözləri gülürdü.
Xalam Mənsurə müəllimə sevincək halda dedi:
- Ramiq artıq 25 yaşın vardır, evinizdə də ana yoxdur. Səni evləndirmək istəyirik. Şəhər poliklinikasına təyinatla Bəhicə adlı bir qız gəlibdir. Qasım müəllimi müalicə edir. Mən də gedib tanış oldum. Atası əslən Naxçıvanlıdır. Anası isə Qəbələdə həkim işləyir. Get, o qıza bax, biz məsləhət görürük ki, o qızla evlənəsən. Qızın atası İbrahim müəllim Bakıda yaşayır. Əmisi qızı Səadət müəllimə isə bəstəkar Məmməd Ələkbərovun həyat yoldaşıdır.
Mən poliklinikaya gəldim, Teatr İnstitutunda Rza Sarabski və Məlik Dadaşovun kursunu bitirən bir cavan oğlan kimi özümü təqdim etdim və Qasım müəllimin səhhəti haqqında onun fikrini bilmək istədim. O isə “hər şey yaxşı olacaq”,- deyə məni inandırdı.
Sonra mən bura gəlişimin məqsədini həkim qıza söylədim və onunla evlənmək arzusunda olduğumu bildirdim. Özüm haqqında kiçik məlumat verdim. Mən 5 yaşında olarkən anamın vəfat etdiyini və atamın bu günədək evlənmədiyini bildirdim. Beləliklə, qız mənimlə söhbətindən sonra “bu haqda fikirləşərəm”,- deyə mənə qəti cavab vermədi. Bir neçə ay onunla söhbətdən sonra atamgilin Bakıya elçi getməyi üçün ondan razılıq aldım. Lakin, atası İbrahim müəllim eşidəndə ki qızı Teatr İnstitutunu bitirmiş bir gənclə ailə həyatı qurmaq istəyir, qəti olaraq elçiləri qəbul etməyəcəyini bildirdi.
Atam, xalam, bacım və mən Bakıya yola düşdük. 3 gün köhnə “İnturist”də İbrahim müəllimin razılıq cavabını gözlədik. O isə inadından əl çəkmirdi. Nəhayət, Bəhicə həkim məni bibisi Şəfiqə xanımla görüşdürmək üçün onlara apardı. O da məni görcək “ay oğul, özünə başqa bir institut tapa bilmirdin?”- dedi.
Dedim: Şəfiqə xanım Naxçıvanda 300-dən artıq həkim vardı. Ancaq cəmi 2 rejissor var. Həm də rejissorluq incəsənətin ən öndə gedən uca, hörmətli sahəsidir. Bizim söhbətimiz 3 saata yaxın davam etdi və hiss elədim ki, mənim söhbətimdən bibi kimi çox razı qalıb. O, İbrahim müəllimə zəng edib dedi:
- İbrahim, qız səninkidir, özün bilərsən. Lakin, mənim səndən bir xahişim var, oğlanla görüş, söhbət elə, mən oğlanla söhbətimdən çox razı qaldım.
Sonra aydın oldu ki, Şəfiqə xanım zəng edən zaman İbrahim müəllim elektrik üzqırxanla üzünü qırxırmış və hirsindən əlindəki aparatı yerə çırpıb: “Bu da mənim bacım!”.
Sabahkı gün xəbər gəldi ki, İbahim müəllim mənimlə görüşmək istəyir. Mən bir tort alıb onlara gəldim, evdə özü və həyat yoldaşı Cəmilə xanım idi. Düzdür, o məni o qədər də isti qarşılamadı və sonradan söhbətlərimizdə gördü ki, mən ədəbiyyatı da, tarixi də, coğrafiyanı da mükəmməl bilirəm, dünyanın bütün gedişatından xəbərim var. Üzünü Cəmilə xanıma tutub dedi:
- Yeməyə bir şey var?
O da süfrəyə mənim heç vaxt xoşlamadığım, həmişə evimizdə ikinci yemək kimi hazırlanan dolma gətirib qoydu. İbrahim müəllim isə soyuducunu açıb yarımçıq “Bakı” arağı gətirdi. Mən, yarımçıq arağı görüb onun əvəzindən pərt oldum. Çünki mən evimizə gələn qonağın qabağına heç vaxt yarımçıq araq qoymamışam. Bu, gələn qonağa hörmətsizlikdir.
Məclisimiz qurtarandan sonra İbrahim müəllim dedi ki, bu gün “Neftçi” komandası oynayır. İstəyirsən, bir yerdə gedək stadiona. Biz stadiona gələndə mən tez qabağa düşüb orta sektora 2 bilet, 2 su, bir buket tum və oturacaq üçün 4-5 qəzet aldım. Oyundan sonra İbrahim müəllim mənə dedi ki, sabah saat 19:00-da atangil gəlsinlər.
Beləliklə, “Vətən” kinoteatrının yanında - zoomağazanın qarşısında atam, xalam, bacım, əmim, əmimin həyat yoldaşı və əmimin qudası, məşhur xanəndə Haşım Kələntərli toplaşıb əlimizdə gül-çiçək getməyə hazırlaşan vaxtı rəhmətlik komik aktyorumuz Bəşir Səfəroğlu Haşım dayını görüb dedi:
- Ay Haşım dayı, xeyir ola, bu gül-çiçəklərlə hara gedirsiniz?
Haşım dayı məni göstərib dedi:
- Bu cavan oğlana elçiliyə gedirik. Bəşir, sən bilən necə olacaq?
Bəşir Səfəroğlu öz aktyor ədası ilə “nigarançılıq yoxdur Haşım dayı, heç narahat olmayın, ya verəcəklər, ya da ki, verməyəcəklər”,- dedi.
Bu minvalla biz İbrahim müəllim gilə yollandıq. O, elçiləri qəbul edəndən sonra bir şərtlə razılıq verdi ki, sabah Teatr İnstitutunun rektorundan arayış gətirin ki, doğurdan da Ramiq diplom tamaşası hazırlayır və bir aydan sonra diplomunu alacaq.
Səhəri gün atamla Teatr İnstitutuna gəldik. Mən katibə qızın yanında oturdum, atam isə rektorun kabinetinə daxil oldu. Üstündən 10 dəqiqə keçməmiş, gördüm Adil İskəndərov, Rza Təhmasib, Cabir Səfərov, Məlik Dadaşov, Adil Adilov rektorun kabinetinə gəldilər. İçəridə nə söhbət gedirdisə, ucadan gülüşürdülər. Daha sonra qapı açıldı və rektor məni içəri çağırıb təbrik edəndən sonra dedi:
- İbrahim müəllimlə necə yola gedəcəyin, sənin hünərindən asılı olacaq.
Demək, söhbət belə olmuşdur. Atam arayış yazdıran zaman, rektor Rahib müəllim hansı təşkilata təqdim olunacağını atamdan soruşanda, o, cavabında “yazın ki İbrahim Mahmudova təqdim etmək üçündür”,- demişdir. Bu sözü eşidən rektor prorektor Adil Adilova zəng edib, həmin adamların kabinetə gəlməsini istəmişdir. Atam deyirdi, Rza Təhmasib deyib ki, hələ yer üzündə belə hadisə baş verməyib, bu, əsl komediya mövzusudur.
Bizim toyumuz, 1968-ci ilin yanvar ayının 4-də Bakıda oldu. Çünki xalamın əri Qasım müəllim vəfat etdiyinə görə, Naxçıvan toyu təxirə salındı. Həmin toy bir məktəbin idman zalında keçirilirdi. Toy məclisində Hüseyn Cavidin həyat yoldaşı Müşginaz xanım və qızı Turan Cavid də iştirak edirdilər. Bu ailə ilə Müşginaz xanım gilin dostluğu 30-cu illərin axırlarından başlamışdır. Görünür, onların ağır günlərində İbrahim müəllim əsl Naxçıvanlı kimi onların maddi və mənəvi qayğısına qalmışdır. Turan xanım Cavid öz çıxışında bizə xeyir-dua verdi və bizi ayın 6-da günorta yeməyinə evlərinə dəvət elədi.
Gələn yuxularımın birində mən Müşgünaz xanımla çox maraqlı hadisələri oxuculara çatdıracağam.
Mən Bəhicə həkimlə çox xoşbəxt yaşayırdım. Bizim 2 oğlumuz, 1 qızımız dünyaya gəlmişdi. 17 il yaşadığımız dövürdə hər yayı Soçi və Kislavodskidə istirahət edirdik. Atası İbrahim müəllim qızı Bəhicə həkimlə mənim tamaşalarımda birinci sırada otururdular və mənim pyeslərimə baxıb, uğurumu görəndən sonra yəqin ki, ürəyində özünü məzəmmət edib, vaxtilə Tibb İstitutu ilə Teatr İnstitutunu tərəzinin bir gözünə qoyub hallandırmağından daxili əzab çəkirdi.
Mən İbrahim müəllimə həm də 7 il ömür bəxş etmişdim. O hadisə belə olmuşdur.
Belə ki, həkimlər mədəsinin uzanması ilə bağlı ona gündə 3 qaşıq qatıq yeməyi məsləhət görmüşdülər. O da arıqlayıb 42 kilo olmuşdur. Ölümü düşünən İbrahim müəllim məzarı Naxçıvanda olsun deyə Naxçıvana gəldi. O qədər halsız idi ki, yataqdan qalxa bilmirdi. Mən Naxçıvanda məşhur həkim olan Əkbər Nağıyevlə görüşdüm və dedim:
- Doktor, İbrahim müəllim Sizin gənclik dostunuz olubdur, bir vaxtlar bir yerdə futbol da oynamısınız. İndi İbrahim müəllim Naxçıvana ölməyə gəlibdir. Özü də həkimlər məsləhət görüb ki, yemək olmaz. Xahiş edirəm, gəl, onunla söhbət elə və yeməyi də məsləhət gör. Barı o dünyaya heç olmasa, ac getməsin.
Əkbər həkim İbrahim müəllimlə görüşəndə dedi:
- İbrahim, Amerika həkimlərinin yanına xəstə gətirəndə, həkimlər birinci “yemək yeyə bilir ya yox”,- deyə soruşurlar. Əgər xəstə yemirsə, o zaman həkimlər onu qəbul etmirlər. Ona görə sən hər gün az da olsa, yeməlisən.
Beləliklə, evdə qrafik tutuldu, hər gün cücə supu, alma şirəsi və müxtəlif dadlı meyvələr yeməsini məsləhət gördü. 15 günün ərzində İbrahim müəlim 3 kq kökəldi. 1 aydan sonra isə 7 kq kökəlməklə özünü çox yaxşı hiss edirdi.
Bakıda isə Kooperativ Texnikumunda işləyən müəllimlərin yay istirahətləri pozulmuşdur. Çünki onlar bir yerə istirahətə gedə bilmirdilər ki, İbrahim müəllimin yas mərasimində iştirak etsinlər.
Beləliklə, iyul ayının 30-da İbrahim müəllimi tam sağlam vəziyyətdə Bakıya yola saldıq. O Naxçıvana gələn zaman evində olan 40.000 manat pulu 3 övladı arasında bölmüşdü və qızına da 13.000 manat gətirmişdi. Mən özünün xəbəri olmadan 13.000 manatı çamadanına qoydum və bu sözləri yazdım:
“İbrahim müəllim, sənin oğlanların hələ körpədirlər, onlara gələcəkdə pul lazım olacaq, sənin qızının isə ailəsi var, həm də xoşbəxtdir”.
Avqust ayının 3-də mən də ailəmi götürüb, Naxçıvan-Minvod marşrutu ilə Kislavodskiyə gəldik, parkda gəzinti vaxtı, İbrahim müəllimin qonşuları ilə görüşdük, onlar məni görcək, səsləndilər, ay Ramiq müəllim, sən o kişini necə müalicə etdin? Bakıya gələndə biz gözümüzə inanmadıq, sanki İbrahim müəllim gimnast Titova oxşayırdı. Dedim: Bəşir müəllim, yemək, yemək, yenə də yemək!
Mən, onun qızı Bəhicə həkimlə 17 il birlikdə yaşadıq. Bizim aramızda bu müddət ərzində heç bir söz-söhbət olmamışdır. O çox mədəni və savadlı qız idi. İşdə də böyük hörmət qazanmışdır. Ölümünə 2 gün qalmış, hamının yanında mənə dedi:
- Ramiq, mən həyatdan köçürəm, ancaq səndən üç xahişim var:
Birinci, məni atamın yanında basdırın, ikinci, sənin həyatına qəsd etdiyim üçün məni bağışla, üçüncü, qırxım çıxandan sonra mütləq evə ana gəlsin, uşaqlar başsız qalmasınlar.
Düzdür, evə ana gəldi, ancaq 4 aydan sonra. O ana da 23 il ərdə olmuşdu, övladı olmamışdı. O mənimlə ilk görüşündə bu sözləri dedi:
- Mənim bu evə gəlişimin bir məqsədi var, özümü bu uşaqlara elə sevdirim ki, onların üçündən biri camaatın içində mənə ana desin.
Arifə xanımın bu sözləri Allaha xoş getdi və özünə övlad verməyi qərara aldı. Beləliklə, 46 yaşında Arifə xanım dünyaya oğul övladı gətirdi. Bu gün də 3 qardaş, 1 bacı çox mehriban və xoşbəxtdirlər. Çünki Arifə xanım bu uşaqları elə böyütdü ki, ölən yoldaşımın qardaş-bacıları hər il onu Qəbələyə dəvət edir və ayaqları altında qurban kəsirlər. Bu hörməti Arifə xanım öz əməli ilə qazanıbdır.
4 övladının hamısı öz ailələri ilə xoşbəxt və firavan yaşayırlar. Artıq bu evdə 7 nəvə çırağı yanır.
Allah bütün evlərdə çıraqları gur eləsin!
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:29
Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
Bu gün, 13:03
Baş Prokuroluq mediaya çağırış edib
Bu gün, 12:39
Gəncədə 32 yaşlı kişi bıçaqlanıb
Bu gün, 12:25
Bakıda üç məktəbin direktoru cəzalandırılıb
Bu gün, 11:03
İordan çayının qərb sahilində gərginlik böyüyür
Bu gün, 09:52
Xankəndidə yenə silah-sursat tapılıb
Bu gün, 07:39
Tramp: “Bayden yəhudilərə nifrət edir”
Bu gün, 07:34
Fransızların ardınca amerikalılar...
Dünən, 19:16
“Su-35”-lər "Patriot"-u aldada bilir
Dünən, 17:04
Keçmiş nazirin meyiti tapılıb
Dünən, 16:26
Sabiq icra başçısının növbəti məhkəməsi keçirilib
Dünən, 14:30
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Dünən, 13:00
Prezident generalı təltif edib - Sərəncam
Dünən, 10:23
Xankəndidə yenə silah-sursat tapılıb
Dünən, 08:46
Qəbiristanlıqda rəqsə görə 18 sutka cəza verilib
Dünən, 08:37
Narkotikə görə daha 4 nəfər həbs edilib - Fotolar
Dünən, 08:23
Pekin taykonavtların adını açıqlayıb
Dünən, 08:20
Argentina iranlı nazirin həbsini tələb edir
Dünən, 08:11
ABŞ Senatı xarici yardım paketini təsdiqləyib
Dünən, 00:08
Britaniya döyüş təyyarələrini Polşaya göndərəcək
23-04-2024, 23:09
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23-04-2024, 18:05
Makron Zelenskiyə yalan vədlər verib
23-04-2024, 16:14
İlham Əliyev geri qaytarılan 4 kənddən danışıb
23-04-2024, 14:37
Astara sakini 51 kq narkotiklə tutulub
23-04-2024, 12:11
Əliyev Zelenskini COP29-a dəvət edib
23-04-2024, 11:10
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
23-04-2024, 10:04
Xankəndidə silah-sursat aşkarlanıb
23-04-2024, 09:54
Azərbaycan ərazisində zəlzələ olub
23-04-2024, 00:05
Abramoviç yeni futbol klubunu Avropanın ən yaxşısı edəcək
22-04-2024, 23:33
Sülhməramlılar Qarabağdan Ermənistana gedir
22-04-2024, 21:32
Ruslar Xarkovdakı teleqülləni dağıdıb - Foto
22-04-2024, 20:55
Əliyevlə Putin birgə nahar ediblər
22-04-2024, 15:08
Ukrayna daha 250 min şəxsi səfərbər etməlidir
22-04-2024, 13:26
Rusiya Çin liderini Kazan şəhərində gözləyir
22-04-2024, 09:53
Ümid nəğməsi - Etibar Cəbrayıloğlu yazır
22-04-2024, 09:12
Trampa kimlər mane olur? - Sorğu
22-04-2024, 00:45
Türkiyədə yenə zəlzələ olub
21-04-2024, 17:46
İran prezidenti Pakistana gedir
20-04-2024, 22:20
ABŞ Ukraynaya 61 milyard dollar ayırıb
20-04-2024, 14:33
Moskvada azərbaycanlı iş adamı öldürülüb
20-04-2024, 13:13
Müğənni Cavanşir Məmmədov vəfat edib
20-04-2024, 10:21
Qazaxlı Alikin oğlunun məhkəməsi başlayır
19-04-2024, 21:22
Buraxılış imtahanının nəticələri elan olunub
19-04-2024, 16:19
Abel Məhərrəmov və xanımı məhkəməyə verilib
19-04-2024, 14:22
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
19-04-2024, 13:56
Aİ-dən İsrail və İrana çağırış: "Təmkinli olun!"
19-04-2024, 13:15
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
19-04-2024, 13:12
Bu şəxslər pensiyaya daha tez çıxacaq - Qanun dəyişib