Bir ailənin iki gəlini dəm qazından zəhərlənib
Tarix: 06-01-2019 23:13 | Bölmə: Xəbərlər
Bir ailənin iki gəlini dəm qazından zəhərlənib

Qobustanda bir ailənin iki gəlini dəm qazından boğulub.


Hadisə rayonun Ərəbqədim kəndində baş verib.

Kənd sakinləri, 32 yaşlı Vüsalə Xəlilova və 26 yaşlı Azadə Xəlilova hamamda olarkən dəm qazından zəhərləniblər. Onları bu vəziyyətdə ailə üzvləri tez aşkarlayıb və Qobustan Mərkəzi Rayon Xəstəxanasına aparıblar.

Hər iki qadının həyatını xilas etmək mümkün olub. Onlara tibbi yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdiriliblər.

Hər iki qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}