Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı
Tarix: 08-01-2019 19:11 | Bölmə: Xəbər lenti
Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkarlandı

Ermənistanda 10 nəfərdə “donuz qripi” aşkar edilib.

Reyting.az-ın Ermənistan mediasına istinadən bildirir ki, səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan virusun ölkədə yayıldığını təkzib etməyə cəhd göstərib: “Gəlin, buna “donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, yanvarın 8-də "donuz qripi" əlamətləri ilə 642 nəfər poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Məlum olduğu kimi, qonşu Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı artıq 11-ə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər