Komandanların işçi görüşü keçirilib - Foto
Tarix: 09-01-2019 17:29 | Bölmə: Xəbər lenti
Komandanların işçi görüşü keçirilib

Yanvarın 9-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib. Bu barədə DSX-nın yaydığı məlumatda deyilir.

Reyting.az xəbər verir ki, görüş İranın Biləsuvar şəhərində baş tutub.

Tərəflər bu görüşə qədər əldə edilmiş razılaşmaların icrasını nəzərdən keçiriblər.

Məlumata görə, sərhəd təhlükəsizliyinin təminatı, transsərhəd cinayətkarlığın təzahürləri, qaçaqmalçılıq, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya və s. məsələlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan və İranın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi müsakirə edilib.

Bu müstəvidə "Astara" və "Biləsuvar" dövlət sərhəd­dindən buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Komandanların işçi görüşü keçirilib

Astara çayı üzərindən yeni avtomobil körpüsünün və piyada keçidinin tikintisi üzrə işlərin aparılması üçün hər iki tərəfdən zəruri tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Xatırladaq ki, 2018-ci il dekabrın 11-də İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olub. Səfər çərçivəsində sərhəd rejimi barədə bır sıra razılaşmalar əldə edilib.




Bölməyə aid digər xəbərlər