Azərbaycan sülhməramlıları Cənubi Sudana gedir
Tarix: 09-01-2019 19:39 | Bölmə: Xəbər lenti
Azərbaycan sülhməramlıları Cənubi Sudana gedir

Azərbaycan hərbçiləri sülhməramlı missiyada iştirak etmək üçün yanvar ayının sonunadək Cənubi Sudana yola düşəcək. Reyting.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycanlı sülməramlılar yanvar ayının sonunadək Cənubi Sudana göndəriləcəklər. Hazırda onların yola salınmasına hazırlıq prosesi başa çatmaq üzrədir», - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Qeyd edək ki, Azərbaycan parlamenti 2018-ci il noyabrın 30-da azərbaycanlı sülhməramlıların BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etməsinə razılıq verib. Azərbaycan sülhməramlı qüvvələrin tərkibində 4 hərbçi – 3 zabit və 1 müşahidəçi ilə təmsil olunacaq.

Onu da qeyd edək ki, hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu (6 zabit daxil olmaqla) NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edir.




Bölməyə aid digər xəbərlər