17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Bakıya "donuz qripi"nə qarşı peyvənd gətirildi - Yenilənib
Tarix: 11-01-2019 10:05 | Bölmə: Xəbər lenti
Bakıya "donuz qripi"nə qarşı peyvənd gətirildi

Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Sputnik.az-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər:

"Bütün dünyada peyvəndləmə prosesi oktyabr-noyabr aylarında başa çatıb. Sözügedən peyvənd Fransada Paster Kommersiya Cəmiyyətində istehsal olunub. Onun 6 aylıqdan 5 yaşadək olan uşaqlara vurulması tövsiyə edilir".

Z. Oruc bildirib ki, bu peyvəndi böyüklərə, eləcə də 65 yaşdan yuxarı insanlara da vurmaq olar: “Ölkəmizdə peyvənd olunmağa böyük maraq müşahidə edilsə də, müraciət edənlərin sayı azdır. Bəziləri isə Gürcüstana getdikləri üçün peyvənd etdirmək istədiklərini bildirirlər".

Z. Oruc diqqətə çatdırıb ki, peyvəndin qiyməti 38 manatdır.

Qeyd edək ki, hazırda Gürcüstanda "donuz qripi" yayılıb. Bu günə qədər orada qripdən 14 nəfər dünyasını dəyişib.

Xatırladaq ki, "donuz qripi" - H1N1 qrip virusunun xüsusi növü olan kəskin yoluxucu xəstəlikdir. Bu qrip epidemiyanın pandemiyaya sürətlə keçməsi ilə xarakterizə olunur.

Bu virusa həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək, asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın əlaqə vasitəsilə xəstəlik asanlıqla yayıla bilir.

Xəstəlik dərhal meydana çıxmır. “Donuz qripi”nin inkubasiya dövrü daşıyıcıdan asılı olaraq ilkin simptomların meydana çıxmasından sonrakı 24-48 saatdır. Bu dövrdə virus fəal surətdə çoxalmağa və ətraf mühitə yayılmağa başlayır. O, asanlıqla insanlara və heyvanlara keçə bilir.

Uşaqlar, xüsusən də azyaşlılar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilərlər. Təxminən, hər altıncı insan simptomlar bəlli olduqdan sonrakı 14 gün ərzində terapiyaya baxmayaraq ətrafdakıları yoluxdura bilər.

***

Səhiyyə Nazirliyi həkim Z. Orucun dediklərini təkzib edib.

Nazirliyin mətbuat xidmətindın Medicina-ya bildirilib ki, ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib.

Səhiyyə Nazirliyi onu da nəzərə çatdırıb ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır: “Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”.

Qeyd edək ki, həkim-terapevt, hepatoloq Zaur Oruc mətbuata açıqlamasında Bakıya "donuz qripi"nə (H1N1 virusu) qarşı peyvənd gətirildiyini bildirib.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}