Neft nəqli üçün qiymətlər artırılıb
Tarix: 22-01-2019 07:45 | Bölmə: İqtisadiyyat
Neft nəqli üçün qiymətlər artırılıb

Belarus hökuməti magistral boru kəmərləri vasitəsi ilə neft nəqli üçün yeni tarifləri təsdiq edib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, bu barədə Antiinhisar Tənzimləmə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda Rusiya neftinin nəqli ilə "Qomeltransneft Drujba" ASC və "Polotsktransneft Drujba" ASC məşğul olur.

Nazirlikdən bildirilir ki, müəyyən edilmiş tariflər Belarus və Rusiyanın 2010-cu ildə imzaladığı ikitərəfli sazişlərə tam uyğundur. Müvafiq sənədlər paketi neft və neft məhsulları bazarlarında görülən işləri nizamlayır.

Təsdiq edilmiş mexanizm əsasında boru kəmərləri ilə neft nəqli xidmətləri 2019-cu ildə 7,6% artacaq. Yeni tariflər cari ilin 1 fevralından tətbiq olunacaq.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}