16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gün ərzində 109 cinayət faktı qeydə alınıb - DİN
Tarix: 23-01-2019 10:37 | Bölmə: Xəbərlər
Gün ərzində 109 cinayət faktı qeydə alınıb

2019-cu il yanvarın 22-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}