"Qarabağ" - "Piast" oyunu başa çatıb - Hesab
Tarix: 23-01-2019 20:03 | Bölmə: Xəbərlər
"Qarabağ" - "Piast" oyunu başa çatıb

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Reyting.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşanın yüksək liqasında mübarizə aparan "Piast" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi qardaş ölkədə 3-cü sınaq matçını heç-heçə edib - 1:1 .

Bundan əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" ikinci oyunda Çexiyanın "Bohemians" klubuna qalib gəlmişdi - 3:1.

Qeyd edək ki, "Qarabağ" 2014/15 mövsümündə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində də "Piast"la üz-üzə gəlib. Bakıdakı oyunda 2:1 hesablı qələbə qazanan ağdamlılar səfərdə 2:2 hesablı heç-heçə edərək, 3-cü mərhələyə vəsiqə qazanmışdı.

Əlavə edək ki, "Qarabağ" sonuncu yoxlama görüşünü yanvarın 26-sı Donetsk "Şaxtyor"una qarşı keçirəcək.

Yoxlama oyunu

23 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) – "Piast" (Polşa) - 1:1

Qollar: Joel Valensiya, 10 (0:1), Araz Abdullayev, 16 (1:1)

Antalya. "Gloria Sport Arena".(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}