16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Ramil Usubov daha bir kadr dəyişikliyi imzalayıb - Təyinat
Tarix: 24-01-2019 10:07 | Bölmə: Xəbərlər
Ramil Usubov daha bir kadr dəyişikliyi imzalayıb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daha bir rəislə bağlı əmr imzalayıb.

Nazirin əmri ilə Şəki Rayon-Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev vəzifəsindən azad edilərək paytaxtın Nəsimi Rayon Polis İdarəsinin rəisi təyin edilib.

Bundan əvvəl isə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polkovnik Musa Musayev Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilib.

Binəqədinin polis rəisi Namiq İsmayılov isə yaş həddinə görə təqaüdə çıxıb.

Qeyd edək ki, son günlər nazir polis rəislərinin yerinin dəyişdirilməsi və onların sərəncama götürülməsi ilə bağlı intensiv əmrlər verib.(Qafqazinfo)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}