10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Parlamentin binası qarşısında etiraz aksiyası keçirilib
Tarix: 08-02-2019 17:56 | Bölmə: Xəbərlər
Parlamentin binası qarşısında etiraz aksiyası keçirilib

Gürcüstan azərbaycanlılarının ölkə parlamentinin binası qarşısında keçirdikləri etiraz aksiyası başa çatıb.

Gürcüstanda Qarabağ separatçısı Mixail Avakyana abidə qoyulmasına etiraz edən aksiya iştirakçıları bunu təxribat adlandırıb və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıdığını bildiriblər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak ediblər.

Reyting.az xəbər verir ki, Gürcüstandakı Vahid Milli Hərəkat Partiyasının üzvü, ölkə parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a aksiyanın yekunlarından danışıb.

“Tbilisidə Gürcüstan parlamentinin binası önündə baş tutan kütləvi aksiya başa çatıb. Qərarverici qüvvə dövlətdir. Biz iştirakçılar sadəcə, bəyanat verdik və terrorçu Avakyanın büstünün götürülməsini tələb etdik”,- deyə deputat vurğulayıb.

Azər Süleymanovun sözlərinə görə, əgər büst götürülməsə növbəti aksiyalar keçiriləcək:

“Bundan sonrasını Gürcüstan hökuməti düşünməlidir. O zaman bəlli olacaq ki, hakimiyyət separatçını dəstəkləyir, yoxsa yox. Belə fikirlər də səsləndi ki, qısa bir vaxt ərzində Avakyanın büstü götürülməlidir. Əgər hökumət büstü götürməsə, aksiyaların keçirilməsi davam edəcək. Təəssüf ki, bir nəfər də olsun hökumət nümayəndəsi aksiyada iştirak etmirdi. Siyasi partiyalardan başqa, QHT nümayəndələri, ziyalılar, gənclər bizə qoşulmuşdu”.

Qeyd edək ki, Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması həm azərbaycanlı, həm də gürcü ictimaiyyətinin etirazına səbəb olub.

Bundan sonra Nərimanovun Marneulinin mərkəzindəki heykəlinin götürüləcəyi məsələsi bilərəkdən ortaya atılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}