12 nəfər fəxri adla təltif olunub - Siyahı
Tarix: 08-02-2019 18:19 | Bölmə: Xəbərlər
12 nəfər fəxri adla təltif olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə təltif olunublar:

Allahyarova Güllü Şuğeyib qızına, Əliyeva Nurlana Sabir qızına və Seyidova Aybəniz Novruz qızına − "Əməkdar müəllim” fəxri adı;

Əhmədova Sahilə Əziz qızına – "Əməkdar dövlət qulluqçusu” fəxri adı;

Əliyev Hikmət Hüseyn oğluna – "Əməkdar hüquqşünas” fəxri adı;

Əliyeva Kəmalə Nəriman qızına – "Əməkdar jurnalist” fəxri adı;

Hüseynov Nadir Məmməd oğluna – "Əməkdar mədəniyyət işçisi” fəxri adı;

Hüseynova Bahar Qurban qızına – "Əməkdar tibb işçisi” fəxri adı;

Xudiyeva Turac Qulam qızına – "Əməkdar həkim” fəxri adı;

İsmayılov Ədalət Qadir oğluna – "Əməkdar rəssam” fəxri adı;

Qurbanov Qəzənfər Novruz oğluna – "Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;

Mirzəyev Aydın Ayrım oğluna – "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}