07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şamaxı rayonunda vulkan püskürüb
Tarix: 13-02-2019 09:17 | Bölmə: Xəbərlər
Şamaxı rayonunda vulkan püskürüb

Bir neçə gün öncə zəlzələnin baş verdiyi Şamaxı rayonunda indi də vulkan püskürüb.

"Report"un yerli bürosu xəbər verir ki, təbii hadisə bu gün səhər saatlarında rayonun dağlıq Quşçu kəndində qeydə alınıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin Quşçu kənd ərazi icra nümayəndəsi Bəşir Bəhramov isə Trend-ə bildirib ki, vulkan Quşçu kəndində, yaşayış məntəqəsindən 150 metr kənarda, əkin sahələrinə yaxın ərazidə püskürüb: "Vulkan səhər saat 06 radələrində püskürdü. Təxminən 4-5 metr hündürlükdə oldu. Hardasa 1000-1500 metr əraziyə palçıq yayılıb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb".

B. Bəhramov deyib ki, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.

Xatırladaq ki, 2018-ci ildə də həmin ərazidə palçıq vulkanı püskürmüşdü.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}