16:02 / 29-03-2024
Bakıda və Abşeronda tozlu hava şəraiti müşahidə olunur
15:52 / 29-03-2024
Çexiya ilə Rusiya arasında səfir qalmaqalı başlaya bilər
15:18 / 29-03-2024
Sabirabadda adam vuran salyanlının cinayət işi məhkəməyə göndərilib
15:05 / 29-03-2024
Azərbaycanda daha bir dərman yoxa çıxarılıb
14:42 / 29-03-2024
Premyer Liqada iki turun təqvimi açıqlanıb
14:15 / 29-03-2024
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz
13:58 / 29-03-2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:45 / 29-03-2024
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
13:25 / 29-03-2024
Vergi orqanlarının işçilərinin maaşları artırılır
13:12 / 29-03-2024
İran niyə İsraillə böyük münaqişədən çəkinir?
12:42 / 29-03-2024
Sabahın hava proqnozu açıqlanıb
12:27 / 29-03-2024
Deputat Qüdrət Həsənquliyev: "Azərbaycanda belə hadisə olsa, necə olacaq?"
12:17 / 29-03-2024
Füzuli şəhərinə daha 35 ailə köçürülüb - (Yenilənib)
12:13 / 29-03-2024
Çinin yeni raketi heyrətləndirir
12:08 / 29-03-2024
Rusiyada hərbi səfərbərlik başlayıb
12:07 / 29-03-2024
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
12:04 / 29-03-2024
Səfir Rusiya-ABŞ münasibətlərinin yaxşılaşmasından danışıb
11:58 / 29-03-2024
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
11:51 / 29-03-2024
Berbok: “Almaniya Qəzzada təhlükəsizliyi təmin edə bilər”
11:41 / 29-03-2024
Bu siniflər üzrə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
11:38 / 29-03-2024
“Su təchizatı və tullantı suları haqqında” qanun dəyişib
11:28 / 29-03-2024
“Crocus City Hall”da xəsarət alanların sayı 382 nəfərə çatıb
11:16 / 29-03-2024
Daha 163 dövlət əmlakı hərraca çıxarılacaq
10:56 / 29-03-2024
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
10:41 / 29-03-2024
Üçqat dünya çempionu həbs olunub
10:33 / 29-03-2024
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
18:40 / 24-03-2024
Rusiyada terror aktı: ölənlərin sayı dəqiqləşib - Həbslər var (Yenilənib) - Video
01:32 / 25-03-2024
Qanlı qarşıdurmalar Hollivud ulduzları arasında fikir ayrılığına səbəb olub
00:53 / 25-03-2024
Erməni kanalları Azərbaycanla bağlı yalan məlumat yayıb
23:09 / 24-03-2024
Hərbi qulluqçumuz özünü öldürüb
22:31 / 25-03-2024
Azərbaycan millisi Bolqarıstan yığması ilə qarşılaşıb - Yenilənib
00:23 / 26-03-2024
Millinin üzvlərinə vəd olunan 40 min manat verilməyəcək
17:17 / 24-03-2024
Prezident İlham Əliyev Putinə zəng edib
18:42 / 24-03-2024
Rusiyanın atdığı raket Polşa ərazisinə keçib
12:26 / 27-03-2024
Füzuli şəhərinə daha 134 nəfər köçürülüb - (Yenilənib)
21:14 / 25-03-2024
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
11:06 / 25-03-2024
İcra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib - Video
14:49 / 25-03-2024
Ermənistan Rusiyadan nə qədər uzaqlaşıb? - İrəvanda çığır-bağır və reallıq
Rufiz Qonaqov yazır: Müasirləşən və yenilənən AzTV
Tarix: 13-02-2019 17:28 | Bölmə: Xəbərlər
Televiziyanın kütləvi informasiya vasitələrindən biri olaraq, cəmiyyətdə xüsusi yeri var və böyük təsir gücünə malikdir. Digər KİV orqanları arasında daha əhatəli təsir bağışlayan televiziyanın yaranışından müasir zamanımıza qədər keçən dövrə nəzər saldıqda necə inkişaf dövrü keçdiyini görmək mümkündür.
Televiziyanın təsir gücü verilişlər və informasiya siyasəti ilə izah olunur.
Birincisi, televiziyanın müasir texnologiyası onun əhatə arealını genişləndirir və bütün nöqtələrə girişinə şərait yaradır.
İkincisi, verilişlər geniş auditoriyanı əhatə edir, şüurların formalaşmasına təsir göstərir. Belə demək də olar ki, televiziya informasiya mənbəyi kimi oynadığı roluyla bərabər, həm də tərbiyəvi-əxlaqi təsir gücündə olan təsir vasitəsidir.
Televiziyanın qəzet və radiodan fərqi onun vizual görünüşlə hər bir evə daxil olmasıdır. Artıq bu informasiya vasitəsi qonaq deyil, daha bir ailə üzvüdür. Ümumilikdə isə onun yaranması müzakirələrə də yol açmaqdadır. Əsas diskussiya mövzusu tamaşaçının təlabatının ödənilməsi ilə bağlıdır. Peyk sisteminin mövcudluğu şəraitində minlərlə telekanalın əhatəsində belə təlabatı ödəməyin necə çətin olduğunu düşünmək televiziyaların yaradıcı heyətinin üzərinə düşən məsuliyyətli vəzifələrdən biridir. Hazırda müzakirə predmeti bundan ibarətdir ki, televiziya tamaşaçının təlabatını ödəməlidir, yoxsa tamaşaçı televiziyanın səviyyəsinə qalxmalıdır. Belə düşünmək olar ki, əgər televiziya adamların evinə daxil olursa, deməli, təlabat mütləq ödənməlidir. Həqiqət yükü çox olan bu fikrin alternativi də var. Yəni, alternativ fikrə görə televiziya tələbatı ödəməyə cəhd etdikcə, yaradıcılıq mühitinin səviyyəsi aşağı düşür, bayağılıq artır. Bu məsələdə digər zərərli cəhət isə tamaşaçının bitib-tükənməyən tələbi hesab olunur. Müxtəlif düşüncələrin istəyinə uyğunlaşmaq, hər bir beynin təlabatının ödənilməsi sonda idarəolunmaz xaosa gətirib çıxara bilər. Çünki tamaşaçı auditoriyası müxtəlif yaş, cins və s. kimi qruplardan ibarətdir. Yaş fərqi, cins fərqi, sosial status və s. kimi halların hamısı hesablanarsa, tələblər tükənməzdir. Lakin bu təhlükəli tendensiyadan uzaqlaşmağın yolu televiziyanın idarəedici, sabitləşdirici faktora malik olması anlamıdır. Digər məqam isə ondan ibarətdir ki, televiya yaradılanda onun əsas məqsədi tamaşaçının təlabatını ödəməklə, zövqünü oxşamaqla yanaşı, milli maraqlara cavab verən informasiya siyasətinin formalaşmasında iştirakdan ibarətdir. Mübahisəli məqama diqqət çəkənlər hesab edir ki, televiziya müstəqil siyasət yürütməlidir. Lakin dünyanın böyük ölkələrinin telekanallarının informasiya siyasətinə dövlət nəzarəti onu göstərir ki, müstəqil televiziya yayımı yalnız verilişlərə aiddir. Xəbərlər isə dövlətin maraqlarına, milli maraqların qorumasına uyğun hazırlanmalıdır.
Məhz bu istiqamətdə Azərbaycan Televiziyasının tutduğu mövqe tamaşaçının informasiya təlabatını ödəməklə bərabər, cəmiyyətdə sabitləşdirici rol oynamaqdan ibarətdir. Sürətlə baş verən texnoloji dəyişikliklər dünyanı bir ovuca sığacaq qədər kiçiltmişdir. AzTV-nin qarşısında duran əsas səciyyəvi xüsusiyyətlərindən biri informasiya sənayesinin qurulmasını özündə ehtiva etməsidir. İnformasiya və telekommunikasiya texnologiyalarının geniş vüsət almasından əlavə tamaşaçı şüurunun təkmilləşməsi, hadisələrə müasir yanaşma tərzi, operativlik ciddi və arzuolunan dəyişikliklərə gətirib çıxarmaqdadır. Sözsüz ki, peyk sistemi vasitəsilə dünyaya yayımlanan Azərbaycan Televiziyası informasiyanın əldə edilməsi, istehsalı, ötürülməsi istiqamətindəki bütün tarixi mərhələlərdə tamaşaçıların həyatında mühüm rol oynamaqdadır. İnformasiya cəmiyyətinin qurulmasında, milli doğal quruluşun yaddaşlardan silinməməsində AzTV-nin xidmətləri danılmazdır. Bu da qısa zaman kəsiyində müasirliyə, dünyaya inteqrasiyaya doğru dinamik inkişaf tempi ilə çatmağa çalışan AzTV-nin modern dünyadan əxz etdiyi xüsusiyyətdir.
Cəmiyyətin formalaşması və təşəkkülü prosesi ardıcıl sürətdə deyil, ayrı ayrı dövrlərdə min illər boyu davam etmiş, ictimai hadisələrin gedişi cəmiyyətin formalaşmasını müəyyənləşdirmişdir. AzTV informasiyalı cəmiyyət formalaşdırmaqla yanaşı, informasiya növlərinin istehsalı, işlənməsi və ötürülməsində tutduğu mövqeyə görə digər kanallara nümunədir. Xalqın adət-ənənəsini yaşatmasını, dilinin qorunmasını fəaliyyət predmetinə çevirən kanalın digər istiqaməti peşəkar kadrların yetişdirilməsi, səviyyəli verilişlərin hazırlanmasından ibarətdir. Bu günlərdə yaradılan Bədii Şuranın əsas spektri də öz dəst-xətti olan kanalın qorunması ilə bağlıdır.
“AzTV mədəni ailə kanalıdır”,- söyləyənlər yanılmır. Müasir studiyalar, dünya standartlarına cavab verən texnoloji yeniliklərdən yararlanan kanalda peşəkar diktorların apardığı verilişlər, incəsənət xadimlərinin hazırladığı proqramlar zövq oxşamaqla yanaşı, informasiya bolluğu ilə seçilir. Elə buna görə də adıçəkilən kanalın fəaliyyətinə dərin düşüncə ilə baxılmalıdır. 2019-cu ilin əvvəlində Prezident İlham Əliyev cənablarının AzTV-də kadr dəyişikliyi və islahatların müxtəlif sahələri əhatə etməsi nəticəsində baş verən yeniliklər müasir televiziyanı düşüncəli tamaşaçıların zövqünü oxşayan bir məkana çevirməyə xidmət edir. Artıq yeni layihələrə start verilib, studiyalar yenilənir, uzun illərdən bəri durğunluq yaranan televiziya filmləri və tamaşalarının illik planı təsdiqlənib. Cəmiyyətdə işıqlı düşüncəsi ilə seçilən bütün ziyalılara televiziyanın qapısı açıqdır. Eyni zamanda siyasi gündəmdəki hadisələrin işıqlandırılması, tamaşaçılara doğru-düzgün çatdırılması üçün verilişlərin, talk-şouların sayı artırılıb. İctimai-siyasi proqramlar studiyasında hazırlanan “Həftə” Analitik-İnformasiya proqramı, “Günün Nəbzi”, “Bizim Planet”, “Əsas Məsələ”, “Nəsillərin Debatı”, eləcə də Xəbərlər və Səhər proqramları, o cümlədən digər studiyalarda hazırlanan verilişlər bugünün və tamaşaçıını tələblərinə tam uyğun şəkildə yenidən hazırlanır. Bütün bunlar yalnız tamaşaçının təlabatının ödənilməsinə hesablanıb. Dövrün tələbləri qarşısında yeni fəaliyyət planını elan edən AzTV-də canlanma hiss olunur. Bunu artıq tamaşaçı da hiss edir. Bu gün AzTV-nin kollektivi gəncləşdirilir, xarici ölkələrdən canlı bağlantılar yaradılır, ictimai-siyasi proqramların sayı artırılır. Bundan başqa, verilişlərin sosial şəbəkələrdə nümayişi üçün xüsusi personaldan ibarət qrup da yaradılıb. Bu həm tamaşaçı auditoriyasının genişlənməsinə, həm də operativliyə xidmət edəcək. Verilişlərin yeni dizaynda təqdimatı da vacib məsələlər sırasındadır. Ölkəmizdə baş verən canlanmanın, inkişafın, yeni layihələrin icrasının, insanların rifahının yaxşılaşdırılması üçün görülən işlərin əhəmiyyətinin dünya tamaşaçısına çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan studiyaların yeni görkəmi, son texnoloji vasitələrlə bütün bunların vizual qaydada dünyaya nümayişi indi televiziyanın əsas planları sırasındadır.
Bir sözlə, indi AzTV yeni görkəmlə, yeni planlarla tamaşaçıların qarşısına çıxır. Azərbaycanlılar üçün doğma olan, teleməkanda ata yurdu, ata ocağı hesab etdikləri bu kanalda baş verən canlanma sadə və sadiq tamaşaçını çox sevindirir. Ən azından ona görə ki, o birincidir. Birinci yaradılıb və birinciliyini də saxlamalıdır. Ümid edirəm ki, günü-gündən yenilənən və çağdaş dövrün tələblərinə cavab verən Dövlət Televiziyamız xalqımıza bundan sonra da layiqincə xidmət edəcək, milli maralarımız və dövlətçiliyimizin qorunmasında müstəsna rol oyanayacaq və müasir Azərbaycanın tarixində parlaq izlərini qoruyub saxlayacaq.
Rufiz Qonaqov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
13 fevral 2019-cu il
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:15
Kişilərin diqqətinə: 5 il tez pensiyaya çıxa bilərsiniz
Bu gün, 13:58
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
Bu gün, 13:25
Vergi orqanlarının işçilərinin maaşları artırılır
Bu gün, 12:08
Rusiyada hərbi səfərbərlik başlayıb
Bu gün, 12:07
Fövqəladə rejimlə bağlı qanun sərtləşdirilib
Bu gün, 11:58
ABŞ-nin NATO-dan çıxması məsələsi qaldırıla bilər
Bu gün, 10:56
Ermənistanda Solovyovun verilişləri qadağan edilib
Bu gün, 10:33
AzTV Arayikin müsahibəsini niyə yaymayıb? - Açıqlama
Bu gün, 09:49
Xankəndidə yenə silah-sursat tapılıb
Bu gün, 02:21
Tanınmış jurnalist vəfat edib
Dünən, 21:47
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
Dünən, 20:22
Yazıçı Akif Əli ittifaq sədri seçilib - Fotolar
Dünən, 17:07
Taksilərdə POS-terminallar quraşdırılacaq
Dünən, 16:57
Taksilər yalnız iki rəngdə olacaq
Dünən, 16:05
Əli Əsədov peşə təhsili ilə bağlı qərar imzalayıb
Dünən, 12:55
Quranı yandıran şəxs İsveçdən çıxarılıb
Dünən, 10:25
Xankəndidə silah-sursat aşkarlanıb
Dünən, 10:10
Xarkov və Zaporojyeyə hücum olub
Dünən, 09:25
ABŞ husilərə zərbələr endirib
Dünən, 09:17
BMT-nin sammitində vacib qərarlar veriləcək
Dünən, 00:18
Makronun davranışı müttəfiqlərini qəzəbləndirib
Dünən, 00:05
Rusiyalı diplomatı Latviyadan qovurlar
27-03-2024, 23:01
Ramazanın 18-ci günü: imsak və iftar vaxtları
27-03-2024, 17:45
Nazir universitetin Şəki filialına direktor təyin edib
27-03-2024, 16:22
Kamran Əliyev vəzifəsindən azad edilib
27-03-2024, 15:21
Cevdet Yılmaz: "Türkiyəni parçalamaq istəyənlər var"
27-03-2024, 14:37
BMU-ya prorektor təyin olunub
27-03-2024, 13:43
Lerikdə 11 nəfər qidadan zəhərlənib - Yenilənib
27-03-2024, 10:50
Lukaşenko Suvalki dəhlizini ələ keçirməyin yolunu öyrənir
27-03-2024, 10:44
Kolleclərə tələbə qəbulu elan edilib
27-03-2024, 10:18
ABŞ bombardmançı təyyarələri Rusiyaya yaxınlaşıb
27-03-2024, 10:01
Qubadlı rayonunda sursat aşkar olunub
27-03-2024, 09:58
“Krokus”da həlak olanların siyahısı yenilənib
27-03-2024, 09:47
Macarlar Orbana etiraz edir
27-03-2024, 00:05
Qəzzada 5 min 826 şagird və 264 müəllim həlak olub
26-03-2024, 21:14
Suriyada İranın daha bir hərbi müşaviri öldürülüb
26-03-2024, 21:03
Lukaşenko: “Terrorçular Belarusa qaçmaq istəyib”
26-03-2024, 17:36
Biləsuvarda 25 yaşlı qadın qətlə yetirilib
26-03-2024, 11:21
UEFA "Qarabağ"ı cərimələyib
25-03-2024, 21:14
Rusiyada terror aktı: daha bir nəfər həbs olunub
25-03-2024, 13:52
40 israilli 700 fələstinli ilə dəyişdirilir
24-03-2024, 13:26
Bakıya yağış, rayonlara qar yağacaq
24-03-2024, 11:29
Dağlıq rayonlarda güclü qar yağıb
24-03-2024, 10:36
Xəzər dənizində zəlzələ olub
23-03-2024, 23:38
Slovakiyada prezident seçkiləri keçirilir
23-03-2024, 18:12
Xədicə İsmayılın ölkədən çıxışı qadağan edilib
23-03-2024, 17:26
Rusiya Ukraynaya hücumları artıracaq
23-03-2024, 17:06
Martın 24-ü Rusiyada milli matəm günüdür
23-03-2024, 17:01
Brüssel Moskvadakı terror aktını pisləyir