17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
1878 namizəd dövlət qulluğuna imtahan verəcək
Tarix: 13-02-2019 21:04 | Bölmə: Xəbərlər
1878 namizəd dövlət qulluğuna imtahan verəcək

17 fevral 2019-cu ildə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Reyting.az
xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahan Bakı şəhərində baş tutacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 456, BB qrupu üzrə 1422, ümumilikdə isə 1878 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

“İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunaraq imtahan binasına buraxılmayacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}