Ağır yol-nəqliyyat hadisəsində ölən və yaralı var
Tarix: 13-02-2019 21:50 | Bölmə: Xəbərlər
Ağır yol-nəqliyyat hadisəsində ölən və yaralı var

Balakən rayonunda yol-nəqliyyat qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun rayonun “Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Reyting.az “Report”a istinadən xəbər verir ki, Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə Balakən rayonunun Puştətala kənd sakini, 1986-cı il təvəllüdlü Samir Nurəddin oğlu Alqayevin idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə S. Alqayev hadisə yerində ölüb. B. Saminə isə Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}