ADU məhkəməyə müraciət edəcək
Tarix: 18-02-2019 17:53 | Bölmə: Xəbərlər
ADU məhkəməyə müraciət edəcək

Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının növbəti iclası keçirilib.

Reyting.az
-ın məlumatına görə, ADU-nun rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb.

Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor-müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd edərək, bu kimi hallara öz qəti etirazlarını bildiriblər. Onlar bununla bağlı zəruri hüquqi addımların atılmasının vacibliyi haqqında universitet rektoru qarşısında məsələ qaldırıblar.

Qərar alınıb ki, Azərbaycan Dillər Universiteti həyata keçirdiyi islahatlar, kadr dəyişikliyi, tədris keyfiyyətinin daha təkmilləşməsi ilə bağlı atdığı addımları obyektiv işıqlandırmaq üçün öz qapılarını medianın üzünə açmağa bundan sonra da hazır olacaq. Mətbuat nümayəndələri bütün bunlarla bağlı universitetə gələ, onları maraqlandıran suallara cavab ala bilərlər. Əks təqdirdə saytlarda Azərbaycan Dillər Universiteti ilə bağlı yazılan böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}