16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hərbçilərimiz Ermənistanın uçuş aparatını məhv edib - Fotolar
Tarix: 21-02-2019 15:59 | Bölmə: Xəbərlər
Hərbçilərimiz Ermənistanın uçuş aparatını məhv edib

ATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.

Hərbçilərimiz Ermənistanın uçuş aparatını məhv edib
Hərbçilərimiz Ermənistanın uçuş aparatını məhv edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}