Vəzifəli şəxslərin istintaqı yekunlaşıb
Tarix: 08-03-2019 20:59 | Bölmə: Xəbərlər
Vəzifəli şəxslərin istintaqı yekunlaşıb

2018-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 436 şəxs barəsində 290 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqı tamamlanmış həmin işlərdən 431 şəxs barəsində 278 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, 12 cinayət işi üzrə icraata isə cinayət təqibini istisna edən hallara görə xitam verilib.

Məhkəmələrə göndərilmiş 431 şəxs barəsində 278 cinayət işindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları digər faktlarla əlaqədar olub.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}