QAT Qarabağ Komitəsini tərk edir - Qərar
Tarix: 09-03-2019 18:42 | Bölmə: Xəbərlər
QAT Qarabağ Komitəsini tərk edir
Bu gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra təşkilati məsələlərə baxılıb.

Reyting.az
-a verilən məlumata görə, tanınmış ictimai xadim Nəriman Qəhrəmanlı QAT Ağsaqqallar Şurasına, Qarabağ döyüşçüləri Rövşən Əliyev, Fazil Şahverdiyev, Hürriyət Məmmədov, Aprel döyüşləri qazisi Cavid Həşimov, gənc fəal Elçin Məmmədov QAT-ın Ali Məclisinə üzv seşiliblər.

Sonra QAT sədri Akif Nağı Ali Məclisin 29 dekabr 2018-ci il iclasından sonrakı dövr ərzində görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib, hazırki vəziyyət, Qarabağ Komitəsinə münasibət və təşkilatın cari vəzifələri ilə bağlı geniş məruzə ilə çıxış edib. Məruzə ətrafında Barat İmani, Arzu İsmayılov, Elxan Rəhimov, Səyyarə İsmayılova, Tağı Kazımov, Hacıağa Nuri, Cavid Həşimov, Rövşən Fətiyev, Şaiq Süleymanov, Rövşən Əliyev, Svetlana Şamil, Azər Əliyev, Mürsəl Həsənov, Almaz Allahverdiyeva, Fazil Şahverdiyev, Şakir Abbas, Fəridə Əsgərova və digərləri çıxış ediblər.

Sonda böyük əksəriyyətin səs çoxluğu ilə qərar qəbul edilib. Qərarda deyilir:

1. QAT sədrinin ötən hesbat dövrü ilə bağlı məlumatı və məruzəsi nəzərə alınsın.

2. Qarabağ Komitəsində QAT sədrinə qarşı hörmətsizlik edildiyini, Komitənin bəzi üzvləri tərəfindən yol verilən siyasi möhtəkirlik meyllərinin güclənməsi və bəzi digər məsələləri əsas götürərək QAT-ın Qarabağ Komitəsində qalması məqsədəuyğun hesab edilməsin.

3. QAT-ın daha geniş və güclü Qarabağ mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərilsin.

4. QAT-ın diaspor təşkilatları ilə əlaqələri genişləndirilsin.

5. Qarabağ - Dünya Azərbaycanlılarının Milli İdeyasıdır platforması geniş şəkildə təbliğ edilsin.

6. İşğalçı Ermənistana qarşı azadlıq müharibəsi ideyası geniş şəkildə təbliğ edilsin.

QAT Qarabağ Komitəsini tərk edir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}