16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təyyarə qəzasında BMT-nin 19 əməkdaşı ölüb
Tarix: 11-03-2019 12:20 | Bölmə: Xəbərlər
Təyyarə qəzasında BMT-nin 19 əməkdaşı ölüb

BMT-nin müxtəlif bölmələrinin, o cümlədən Miqrasiya üzrə beynəlxalq təşkilatın üzvləri Boeing-737 təyyarəsinin Efiopiyada qəzaya uğraması zamanı həlak olub.

Reyting.az xarici mediaya istinadən bildirir ki, Miqrasiya üzrə beynəlxalq təşkilatının mətbuat xidmətinin məlumatına görə, göyərtədə Nayrobiyə təlimə gedən həmin təşkilatın da olmaqla BMT-nin 19 əməkdaşı var idi.

Bundan başqa, Ümumdünya ərzaq proqramının, Beynəlxalq kommunikasiya ittifaqının, BMT-nin ətraf mühit və digər proqramlarının əməkdaşları ölüblər.

Xatırladaq ki, qəza martın 10-da səhər baş verib. Göyərtədə ekipaj üzvləri ilə birlikdə 157 nəfər olub. Qəzada 35 ölkənin nümayəndəsi həlak olub.

ABŞ-ın Dövlət Departamentinin məlumatına görə, ölənlərin ən azı 8 nəfəri bu ölkənin vətəndaşlarıdır.

Fransa ölkənin 9 vətəndaşının öldüyünü təsdiqləyib.

Yunanıstan vətəndaşı Antonios Mavropulos Əddis-Əbəbədən Nayrobiyə uçan Ethiopian Airlines şirkətinə məxsus təyyarəyə cəmisi 2 dəqiqə gecikib. Onun dediyinə görə, yükünü verdiyi üçün ekipaj onu gözləməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}