16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
AzTV-də struktur və kadr dəyişikliyi olub - Təyinat
Tarix: 11-03-2019 14:28 | Bölmə: Xəbərlər
AzTV-də struktur və kadr dəyişikliyi olub

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.

Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib.

Reyting.az-ın məlumatına görə, X. Qasım dəyişikliyi Modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib:

“Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.

X. Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib:

“AzTV-də Mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”.

AzTV-dən verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}