16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Elçin Şıxlı şahid kimi məhkəməyə çağırıldı
Tarix: 13-03-2019 12:02 | Bölmə: Xəbərlər
Elçin Şıxlı şahid kimi məhkəməyə çağırıldı

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Reyting.az bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə şahid qismində dindirilən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı istintaqda hər şeyi danışdığını deyib: “İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Əgər başqa sualınız varsa, onu da cavablandıra bilərəm”.

Elçin Şıxlı şahid kimi məhkəməyə çağırıldı

Vəkil Elçin Sadıqov vəsatətlə çıxış edərək cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy verən Azərbaycan Milli Elmlər Akademiyası İnsan Haqları Departamentinin rəhbəri Bəxtiyar Əliyevin məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəsatət növbəti prosesdə müzakirə ediləcək.

Proses martın 18-də davam edəcək.

Nurəddin İsmayılova qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}