Kirkorovun konsertində terror planlaşdıran 4 nəfər tutulub
Tarix: 13-03-2019 12:57 | Bölmə: Xəbərlər
Kirkorovun konsertində terror planlaşdıran 4 nəfər tutulub

Rusiya Daxili İşlər Nazirliyinin Dağıstan üzrə istintaq idarəsi xalq artisti Filipp Kirkorovun Mahaçqaladakı konsertində partlayış törətməyə hazırlaşmaqda şübhəli bilinən 4 yerli sakinə qarşı cinayət işinin araşdırmasını başa çatdırıb.

Reyting.az Rusiya mətbuatına istinadla bildirir ki, bu barədə işdə adı keçənlərdən biri İsrafil Qadanovun vəkili məlumat verib.

İstintaq məlumatına əsasən, İraq-Şam İslam Dövləti qruplaşmasına qoşulan Dağıstanın 3 sakini Kirkorovun Mahaçqaladakı konserti zamanı partlayış törətməyi planlaşdırıb.

Sonradan onlara daha bir iştirakçı qoşulub, o, əldəqayırma bomba hazırlamaq üçün lazım olan materialları əldə edib.

Qeyd edilir ki, günahlandırlanlar sonradan partlayış nəticəsində çox sayda insanın xəsarət ala biləcəyini nəzərə alaraq niyyətlərini reallaşdırmaqdan vaz keçiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}