Bakıda 7 tələbə dönərdən zəhərlənib
Tarix: 13-03-2019 20:25 | Bölmə: Xəbərlər
Bakıda 7 tələbə dönərdən zəhərlənib

Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.

P. Abubəkirov deyib ki , gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur/virtualaz.org.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}