Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik edildi
Tarix: 14-03-2019 00:13 | Bölmə: Xəbərlər
Sürücülük vəsiqələri ilə bağlı dəyişiklik edildi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində və "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiq edib.

İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin "Qeyd” hissəsinin 2-ci bəndinə "kateqoriyasına” sözündən sonra "(altkateqoriyasına)” sözü əlavə edilib.

"Avtomobil nəqliyyatı haqqında” qanuna aşağıdakı dəyişikliklər edilib:

2.1. 14.2.6-cı maddəyə "kateqoriyalı” sözündən sonra "(altkateqoriyalı)” sözü əlavə olunub;

2.2. 27.1.1-ci maddəyə "kateqoriyası” sözündən sonra "və "D1” altkateqoriyası” sözləri, "avtonəqliyyat vasitələrini” sözlərindən əvvəl "B”, "C” kateqoriyalarına və ya "C1” altkateqoriyasına daxil olan” sözləri əlavə olunub:

2.3. aşağıdakı məzmunda 27.1.1-1-ci maddə əlavə edilib:

"27.1.1-1. "D1E” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və "D” kateqoriyasına və ya "D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayan);”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}